20/10/2016 21:19

Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası kəşfiyyat bölüyünün qiymətləndirmə təlimi keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində bəyan etdiyi ƏİK Kəşfiyyat bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlim zamanı kəşfiyyat bölmələrinin NATO ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilir.

Təlimdə NATO-nun İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.