22/11/2016 22:18

Azərbaycanın hökumət rəsmiləri Pakistanda hərbi sərgiyə qatılıblar – FOTOLAR

İki ölkə arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunur

Azərbaycan hökumətini təmsil edən yüksək səviyyəli nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində bu gün işə başlayan İDEAS-2016 beynəlxalq müdafiə sərgisinə qatılıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının məlumatına görə, Azərbaycanı sərgidə baş nazirin birinci müavini (eyni zamanda hərbi və hərbi sənaye sektorunu kurasiya edir) Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edir. Sərgiyə ziyarətçi qismində Müdafiə Nazirliyinin də nümayəndələri qatılıblar.

İDEAS-2016 sərgisinin açılışında Pakistanın baş naziri Nəvaz Şərif, Silahlı Qüvvələrin rəhbərliyi və xarici qonaqlar iştirak ediblər.

Sərgi çərçivəsində Y. Eyyubov və Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri Pakistan və digər ölkələri təmsil edən şirkətlərlə görüşlər keçiriblər.

Y. Eyyubov Pakistan müdafiə sənayesinin aparıcı dövlət müdafiə sənayesi şirkətlərinin stendində olub. İki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Sərgi çərçivəsində Azərbaycanın hökumət rəsmilərinin Pakistanın dövlət strukturlarının rəhbərləri, o cümlədən müdafiə, müdafiə sənayesi nazirləri və Silahhlı Qüvvələrinin rəhbərliyi ilə görüşləri planlaşdırılır.

ideas (2)

ideas (1)

ideas (3)

pak-ideas