03/07/2019 18:29

Azərbaycanın Müdafiə naziri Belarusda bir sıra tədbirlərdə iştirak edib

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 3-də bir sıra tədbirlərdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycanın nümayəndə heyəti 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Şöhrət kurqanı” və “Xatın” memorial kompleksini ziyarət edərək abidələr önünə çiçəklər qoyublar.