27/09/2016 15:36

Azərbaycanın müdafiə naziri belaruslu və serbiyalı həmkarları ilə görüşüb – FOTOLAR

Bu gün Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Belarusun müdafiə naziri, general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bu gün həmçinin, Zakir Həsənov Serbiyanın müdafiə naziri Zoran Corceviçlə də sərgi zamanı görüşüb.

adexserb adexserb adexblr