21/10/2016 12:33

Azərbaycanın müdafiə naziri beynəlxalq konfransda iştirak edib – FOTOLAR

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiyada keçirilən “Gələcək Qüvvələr Forumu 2016″nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib.

Bu barədə “AzeriDefence” məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Müxtəlif sahələrdən olan mütəxəssislərin də iştirak etdiyi konfransda son texnoloji nailiyyətlər, müasir tədqiqatların nəticələri, inkişaf perspektivləri, gələcəkdə keçirilə biləcək hərbi əməliyyatlar və təhlükəsizlik tədbirləri, həmçinin kibertəhlükəsizlik, təhdidlər və çağırışlara dair məsələlər müzakirə edilib.

mnkonfrans2

mnkonfrans3