11/10/2017 19:34

Azərbaycanın müdafiə naziri Düşənbəyə yola düşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Tacikistanın paytaxtı Düşəndə şəhərinə yola düşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.