11/12/2018 14:01

Azərbaycanın müdafiə naziri İranın Sərhəd Qoşunları komandanı ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə ciddi təhdid təşkil etdiyini qonaqların diqqətinə çatdırıb.

Dövlətlər arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələr arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Q.Rzayi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

Görüşdə Azərbaycan və İran orduları arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.