09/10/2017 14:02

Azərbaycanın müdafiə naziri Minsk şəhərindəki Qələbə abidəsini ziyarət edib

General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 9-da Minsk şəhərindəki Qələbə meydanını ziyarət edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri Qələbə abidəsinin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Belarusa rəsmi səfəri davam edir.