25/10/2019 18:42

Azərbaycanın Müdafiə naziri NATO-nun toplantısında iştirak edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.