07/11/2017 17:12

Azərbaycanın müdafiə naziri NATO toplantısında iştirak edəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə, həmçinin Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.