13/03/2019 11:18

Azərbaycanın Müdafiə naziri Pakistana səfər edəcək

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Pakistana səfəri planlaşdırılır.

“Azeri Defence”nin bildirdiyinə görə, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr mərkəzinin (İSPR) rəhbəri general-mayor Asif Qafur sosial media hesabında yazıb.

General-polkovnik Zakir Həsənov mart ayının 23-də İslamabad şəhərində Pakistan Silahlı qüvvələrinin hərbi paradında iştirak edəcək.

“Azeri Defence”nin əldə etdiyi eksklüziv məlumata görə, paradda Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı planlaşdırılır.