03/11/2015 14:31

Azərbaycanın müdafiə naziri Qazaxıstana səfərə gedib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetovun dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Görüşlər zamanı ölkələr arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər noyabrın 5-dək davam edəcək.