30/03/2018 23:01

Azərbaycanın Müdafiə naziri Türkiyənin Giresun şəhərinə yola düşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı etmək üçün Giresun şəhərinə yola düşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirlərinin görüşü martın 31-də keçiriləcək.