16/11/2018 13:41

Azərbaycanın Pakistandakı səfiri Qlobal və Strateji Araşdırmalar Mərkəzinin prezidenti ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin prezidenti, ehtiyatda olan general-mayor Seyid Xalid Əmir Jaferi ilə görüş keçirib.

Bu barədə “AzeriDefence” Pakistan səfirliyinə istinadən məlumat verib.

Görüşdə mərkəzin icraçı direktoru və üzvləri də iştirak ediblər.