26/02/2018 18:18

Azərbaycanın “Palladium” şirkəti Londonda beynəlxalq sərgidə təmsil olunacaq

Azərbaycanın “Palladium Defence and Security Solutions” şirkəti Böyük Britaniyanın paytaxtı Londonda şəhərində “Təhlükəsizlik və Polis-2018” (“Security and Polising -2018”) beynəlxalq sərgisində iştirak edəcək.

Bu barədə “AzeriDefence”yə “Palladium” şirkətindən məlumat verilib.

“Palladium Defence and Security Solutions” şirkətinin stendində şirkətin hazırladığı və istehsal etdiyi bəzi məhsullar barədə informasiyalar təqdim olunacaq.

Sərgi mart ayının 6-dan 8-dək Londonda “Farnborough” beynəlxalq sərgi və konfrans mərkəzində təşkil olunacaq.

“Təhlükəsizlik və Polis” sərgisi 30 ildir təşkil olunur və mediaya qapalı keçirilir.