07/03/2019 13:59

Azərbaycanın Qazaxıstana hərbi attaşesi təyin edilib

Azərbaycan 3 illik fasilədən sonra Qazaxıstana hərbi attaşe təyin edib.

“AzeriDefence”nin məlumatına görə, fevral ayının əvvəllərində Azərbaycanın Qazaxıstana hərbi attaşesi təyin olunub. Bu vəzifəyə Müdafiə Nazirliyinin zabiti, polkovnik Zaur Kərimov təyin edilib.

Qeyd edək ki, Azərbaycanın Qazaxıstandakı hərbi attaşesi (hərbi attaşe vəzifəsini icra edən zabit) 2016-cı ilin dekabr ayında geri çağrılmışdı. Həmin dövrdən Qazaxıstandakı hərbi attaşe postu boş idi.