27/04/2016 17:11

Azərbaycanın yeni avtomatının VİDEO təqdimatı

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisəsində hazırlanmış EM-14 avtomat tüfəngi seriyasından yeni silahı – AZ-7.62 avtomatı Malayziyada keçirilmiş DSA-2016 sərgisində ilk dəfə nümayişə çıxarılıb.

7.62×39 mm çaplı avtomatın çəkisi 3.8 kq, atış məsafəsi 1000 metr, darağının tutumu 30 patron, resursu 10 000 atışdır. Silahın gövdəsi üzərində pikatini relsi yerləşdirilib və kollimatorla dəstləşdirilib. Avtomat uzunluğu tənzimlənən 6 pilləli teleskopik qundağa malikdir. Ön hissədə əlavə – sökülüb qurula bilən ikinci tutacaq, lülənin ağızında silahın geri təpməsini yumşaltmaq, səsi boğmaq və gecə vaxtı görünən atəş işığının azaldılması üçün kompensator tətbiq edilib.