22/06/2018 14:59

Azərbaycanın yeni PUA-ları hərbi paradda nümayiş olunacaq

Hermes-900

Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü münasibəti ilə Bakı şəhərində keçiriləcək hərbi paradda silahlı qüvvələrin istifadəsində yer alan piotsuz uçuş aparatlarının (PUA) bir qismi nümayiş olunacaq.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, hərbi paradda ordunun isrifadəsində yer alan və əvvəlki paradlarda nümayiş etdirilmiş “Orbiter-2” və “Aerostar” taktik PUA-larla yanaşı silahlanmaya yeni daxil olmuş yerli istehsal olan “Orbiter-3” mini-taktik, “Zərbə” kamikadze pilotsuz uçuş aparatı, eləcə də “Hermes 900” və digər taktik PUA-lar nümayiş olunacaq.

Bundan əlavə, paradda iştirak edən şəxsi heyətin bir hissəsi yerli istehsal olan AR-15 “Aztex” hücum tüfəngi ilə keçid edəcək.