18/10/2019 18:45

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycannın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.

Bu barədə “AzeriDefence” Azərbaycanın Pakistandakı səfirliyinə istinadən məlumat verib.

Görüşdə iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.