27/09/2016 15:32

“Azeri Defence” jurnalı ADEX-2016 sərgisinin təşkilatçıları tərəfindən mükafata layiq görülüb – FOTOLAR

ADEX-2016 beynəlxalq müdafiə sərgisində təmsil olunan “Azeri Defence” jurnalı sərgi təşkilatçıları tərəfindən mükafata layiq görülüb.

Sərgi öncəsi ADEX barədə yerli və beynəlxalq səviyyədə apardığı məlumatlandırma, xəbərlərin operativ şəkildə yayımına və media dəstəyinə görə “Azeri Defence” jurnalı sərginin təşkilatçısı olan CEO şirkətinin xüsusi mükafatı ilə təltif olunub.

Mükafatı “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanova CEO şirkətinin nümayəndəsi Leyla Səfərəliyeva təqdim edib.

20160927_145207