26/05/2018 08:15

“Azeri Defence” jurnalı KADEX-2018 Xüsusi Buraxılışını təqdim edib – FOTOLAR

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2018 – V beynəlxalq silah və hərbi-texniki əmlak sərgisində “Azeri Defence” jurnalı özünün sərgi Xüsusi Buraxılışını yayımlayıb.

Rus dilində nəşr olunmuş Xüsusi Buraxılış sərginin əsas təşkilatçısı olan Qazaxıstanın müdafiə və aerokosmik sənaye naziri cənab Beybut Atamkulovun sərgi iştirakçılarına mesajı ilə başlayıb. Xüsusi Buraxılışda Müdafiə Sənayesi Nazirliyi tərəfindən təqdim olunan, Azərbaycanın müdafiə sənayesinin mövcud vəziyytini əks etdirən məqalə ilə yanaşı, Qazaxıstanın “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkətinin baş direktoru Tarık Ziya Kaboğlu ilə KAE-nin fəaliyyətinə dair müsahibə, Xəzəryanı dövlətlərin dənizdə silahlanma proqramlarına dair analiz, həmçinin iştirakçı şirkətlərin sərgilədikləri yeniliklərə dair məqalələr və xəbərlər yer alıb.

İki min ədəd tirajla nəşr olunmuş KADEX-2018 Xüsusi Buraxılışı sərgidə iştirak edən şirkətlərin stendlərinə paylanıb və ziyarətçilər arasında yayımlanıb.

Sərgi çərçivəsində “Azeri Defence” jurnalı ilə bir neçə ölkədən təmsil olunan hərbi nəşrlər arasında əməkdaşlığa dair müzakirələr aparılıb və razılıq əldə olunub.

KADEX-2018 Xüsusi Buraxılışı “Azeri Defence” jurnalının beynəlxalq sərgilər üçün hazırladığı dördüncü Xüsusi Buraxılış olub. Jurnal bundan əvvəl – ADEX-2014, İDEF-2015, ADEX-2016 beynəlxalq müdafiə sərgilərində Xüsusi Buraxılış ilə çıxış edib.

Qeyd edək ki, KADEX-2018 sərgisində 3 hrbi jurnal- Rusiyanın “Национальная оборона”, Sinqapurun “Asian Defence Technology” (eyni zamanda sərginin “Show Daily”ni hazırlayıb) və Azərbaycandan “Azeri Defence” jurnalı Xüsusi Buraxılışlarını yayımlayıb.

“Azeri Defence” jurnalı olaraq, KADEX-2018 Xüsusi Buraxılışımızın ərəsəyə gəlməsində verdikləri dəstəyə görə, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə, Qazaxıstan Respublikasının Müdafiə və Aerokosmik Sənaye Nazirliyinə, “Kazakhstan ASELSAN Engineering”, CAR-ın “Paramount Group”, Türkiyənin “Otokar”, STM, MilSoft, İŞBİR, TÜBİTAK, “Turmaks” şirkətlərinə təşəkkürümüzü bildiririk.