11/01/2013 18:33

AZERİ DEFENCE jurnalının yeni – 2-ci sayı çap olunub

jurnal2-1seh.JPG

Azərbaycanda ilk hərbi texnoloji jurnal olan “Azeri Defence”nin ikinci sayı çap olunub. Jurnalımızın bu sayında bir sıra maraqlı analiz və məqalələr yer alır.Məlumat üçün bildirək ki, jurnalımız iki aydan bir nəşr olunur. Sentyabr-oktyabr dövrünü əhatə edən ilk sayı noyabrın ilk həftəsi işıq üzü görüb. 2012-ci ilin noyabr və dekabr aylarını əhatə edən bu sayımızda Azərbaycan müdafiə sənayesinin İndoneziyada keçirilən sərgidə nümayişindən geniş reportajla yanaşı müdafiə sənayemizin ötən bir ildə qazandığı uğurlardan, 2013-cü ilin dövlət büdcəsində müdafiə sektoruna ayrılan vəsaitin konkret sahələr üzrə bölgüsü, dövlət sərhədlərinin mühafizəsi sahəsində 2012-ci ildə görülən tədbirlər, Azərbaycan Silahlı Qüvvələrinin təchizatında Türk firmalarının iştirakı, perspektiv planlar və imzalanmış layihələrdən, dünya müdafiə sənayesinin nəhəng şirkətlərindən olan Elbit Systemsin Azərbaycanla bağlı planlarından, Türkiyədə PUA istehsalı, mövcud və perspektiv layihələrdən bəhs olunub.

Bu sayımızda həmçinin Türkiyənin gənc və iddialı tərsanəsi olan ARES Shipyardın direktoru Kərim Kalafatoğlu ilə müsahibəni də təqdim edirik.

“Azeri Defence” jurnalı əsasən abunə yolu ilə yayılır və satışa məhdud sayda təqdim edilir. Arzu edənlər [email protected] ünvanına yazmaqla və ya bizimlə 055 667 50 72 yaxud 050/070 344 07 01 nomrəli telefonla əlaqə yaratmaqla jurnalımızı əldə edə bilər. Jurnalın 1 ədədinin satış qiyməti 5 manatdır.

Xəbər Lenti