09/07/2013 14:19

AZERİ DEFENCE jurnalının yeni sayı çapdan çıxıb

AZERİ DEFENCE jurnalının yeni – 03(5) sayı çapdan çıxıb. Jurnalımızın əsas mövzusu 26 iyunda keçirilmiş Hərbi Parad olmaqla yanaşı bir sıra hərbi xəbərlər də yer alır.

Yeni sayımızda həmçinin may ayında İstanbulda keçirilmiş İDEF-2013 beynəlxalq müdafiə sərgisindən hazırladığımız geniş reportaj yer alır. Biz həmçinin texnologiyalar bölümündə yeni hərbi texnologiyalar, sərhəd mühafizə sistemi barədə xəbər veririk.

Jurnalımızın bu sayında Azərbaycanın müdafiə sənayesi naziri cənab Yavər CAMALOV vəə Türkiyənin MKE qurumunun rəhbəri cənab İzzət Artuncla eksklüziv müsahibələrimiz var. Nazir Y. Camalov Azərbaycan müdafiə sənayesinin mövcud layihələri və yaxın perspektiv üçün planlarından və digər maraqlı məsələlərdən danışıb.
Bu müsahibələrin sizlərin də marağına səbəb olacağını düşünürük.

Maraqlananlar jurnalımızı +994 50(70) 344 07 01 nömrəsinə zəng etmək və ya [email protected] ünvanına müraciət etməklə əldə edə bilər. Jurnalımıza Azərmətbuatyayım köşklərindən almaq və bu quruma müraciət etməklə abunə yazılmaq olar.