06/09/2013 10:28

AZERİ DEFENCE jurnalının yeni sayı çapdan çıxıb

azdef6.jpg

AZERİ DEFENCE jurnalının yeni – 6-cı sayı çapdan çıxıb. Jurnalımızın bu sayında bir sıra maraqlı analizlər və müsahibələr yer alır.Jurnalımızın 6-cı sayının əsas mövzusu Azərbaycan Hava Hücumundan Müdafiə Sisteminin yeniliyi olan Buk-MB zenit-raket kompleksləri barədədir. Bu sistemlərin sələflərindən üstünlüyü, Azərbaycanın sahib olduğu sistemdəki dəyişikliklərdən bəhs etmişik.

Siz ayrıca, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədən satın aldığı mobil səhra hospitalları və onların üstünlükləri ilə də tanış olacaqsınız.

Bundan başqa, yeni sayımızda siz JF-17 “Thunder” təyyarələri barədə Pakistan Aviasiya Sənayesi tərəfindən təqdim edilmiş məqalə ilə də tanış ola biləcəksiniz.

Bu sayımızda Ukrayna-Azərbaycan hərbi ticarətindəki azalma tendensiyası və onun səbəbləri, Azərbaycan Ukrayna hərbi ticarətinin son 10 ildəki durumu, Türkiyənin tapança ixracatı və bu istiqamətdə fəaliyyətinə dair analizləri, antisnayper sistemləri barədə məqaləni oxuya biləcəksiniz.

Müsahibə bölümümüzün bu dəfəki qonağı isə Türkiyənin STM şirkətinin direktoru Rəcəb Barut oldu.

Jurnalımızı əldə etmək istəyənlər “Azərmətbuatyayım” şirkətinə və AZERİ DEFENCE jurnalının redaksiyasına [email protected] (Tel – 050/070 344 07 01) müraciət edə bilərlər.

Xəbər Lenti