13/03/2014 07:08

AZERİ DEFENCE jurnalının yeni sayı çapdan çıxıb – FOTO

ad9.jpg

AZERİ DEFENCE jurnalının yeni 1 (09) sayı çapdan çıxıb. Jurnalın bu sayında fərqli mövzuları əhatə edir.
AZERİ DEFENCE-nin yeni sayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılovun, ASELSAN-Bakı şirkətinin direktoru Osman Kapani Aktaşın müsahibələri yer alır.

HƏRBI SƏNAYE bölümündə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Optika-Mexanika İstehsalat Birliyinin Alov zavodunda istehsal olunan optik sistemlərdən bəhs edilir.

REPORTAJ bölümündə Azərbaycan Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanıma və İzləmə (UMTİ) Milli Mərkəzinin texniki imkanları və potensialı ilə tanış ola bilərsiniz.

TEXNOLOGIYA bölümündə Məsafədən İdarəolunan Yerüstü Döyüş Modulları barədə maraqlı materialı oxuya bilərsiniz.

ANALIZ bölümündə isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu dövlətlərinin zirehlitexnika parkında aparılan modernləşmə layihələri ilə tanış ola bilərsiniz.

Maraqlananlar jurnalımızı “Azərmətbuatyayım” ASC-nin köşklərindən və ya AZERİ DEFENCE jurnalının yayım menecerindən (050/070 344 07 01) əldə edə və ya abunə ola bilərlər.

Qeyd edək ki, AZERİ DEFENCE jurnalı 2012-ci ilin sentyabr ayından, iki ayda bir dəfə çıxır.

Xəbər Lenti