11/03/2013 17:13

AZERİ DEFENCE jurnalının yeni sayı çapdan çıxıb

AZERİ DEFENCE jurnalının yeni – 3-cü sayı nəşr olunub. Jurnalın bu sayında maraqlı yazılar və müsahibələr yer alır.
Jurnalımızın bu sayında Azərbaycanın ilk milli peykinin orbitə çıxarılmasından bəhs edilir. Həmçinin dəniz sərhədlərimizin, Xəzər dənizindəki infrastrukturların mühafizəsini həyata keçirən DSX Sahil Mühafizəsinin çətin və şərəfli xidmətindən, bu qurumun mövcud potensialı və görülən işlərdən ayrıca reportaj yer alır.

AZERİ DEFENCE yanvarın sonlarında Bakıda keçirilmiş Azərbaycan-Türkiyə hərbi sənaye üzrə birinci əməkdaşlıq toplantısında iştirak edən Türk firmaları ilə hazırlanmış materialı da təqdim edir.

Jurnalımızın bu sayında 17-21 fevral tarixlərində BƏƏ-də keçirilmiş İDEX-2013 hərbi sərgisindən ayrıca bəhs etmişik. Sərgidən maraqlı reportajı jurnalımızda oxuya bilərsiniz.

Paramount Group firmasının rəhbəri Ayvor İçikovitz Azərbaycanla əməkdaşlıqdan və qlobal layihələrindən AZERİ DEFENCEyə danışıb.
Azərbaycan istehsalı olan, mühəndislərimiz tərəfindən yaradılmış milli atıcı silahlarımız da maraqlananlar üçündür.

Cənubi Qafqaz ölkələrinin PUA potensialı və PUA istehsalı layihələri, həmçinin müasir tank əleyhinə idarə olunan raket kompleksləri ilə bağlı yazıların marağınıza səbəb olacağını ümid edirik.

Maraqlananlar [email protected] email adresinə yazıb, yaxud (055) 667 50 72, 070 344 071 01 nömrəsinə zəng etməklə jurnalı əldə edə bilərlər.

www.azeridefence.com