01/05/2013 17:30

AZERİ DEFENCE-nin yeni sayı yayımda

AZERİ DEFENCE hərbi texnoloji jurnalının növbəti – 2013-cü il 2 (04) sayı yaxın günlərdə yayımda olacaq. Jurnalın bu sayında bir sıra müsahibələr və məqalələr yer alır.
Bu sayımızda ANAMA-nın direktoru Nazim İsmayılovla Azərbaycanda minalarla mübarizə tədbirləri, sovet ordusundan qalma hərbi bazaların ləğvi, müasir texnikaların tətbiqi, ANAMA-nın mövcud potensialı, gələcək planlarından bəhs edən müsahibəni təqdim edirik. Türkiyə müdafiə sənayesi katibi Murad Bayar isə AZERİ DEFENCE-yə eksklüziv müsahibəsində qardaş ölkənin hərbi sənayesində həyata keçirilən proyektlər, Azərbyacanla əməkdaşlığın dərinləşdirilməsi potensialından danışıb. Türkiyənin balistik raketlərin yaradılması proqramı, milli döyüş təyyarəsi layihəsi, cari il üçün prioritet layihələr barədə məlumat verib.

Otokar firmasının direktoru Sərdar Görgüc ilə müsahibə də yeni sayımızda yer alır. Sərdar bəy AZERİ DEFENCE oxucuları üçün maraqlı olan məlumatları təqdim edib.

Yeni sayımızda həmçinin ABŞ da yeni snayper sistemləri ilə bağlı başqa bir maraqlı yazını da sizlərə təqdim edirik.

Eyni zamanda İDEF-2013 sərgisinə hazırlıqlar və Azərbaycanın bu sərgiyə qatılımı da mövzularımız arasında yer alır.

AZERİ DEFENCE bu sayında hərbi texnoloji yenilikləri də sizlərə təqdim edir. Bu sayımızda siz Niderland firmasının hazırladığı və Azərbaycana da təqdim etdiyi, silahların səs akustikası əsasında atıcıların yerini təyin edən AMMS sistemi, Pakistanın aparıcı firmalarından olaln GİDS-in PUA layihələrindən və s. maraqlı texnologiyalardan yazdıq.

Düşünürük ki yeni sayımızda yer alan, Rusiyanın 2012-ci ildə cənubda – Şimali Qafqazda həyata keçirdiyi silahlanma proqramı barədə analiz də sizlərin marağına səbəb olacaq.

İnşallah, növbəti sayımızda sizlərin görüşünə İDEF-2013 beynəlxalq müdafiə sərgisindən reportaj, Azərbaycan hərbi sənayesinin bu sərgidə iştirakı haqda geniş yazı və müsahibələrlə gəlməyi düşünürük.

Jurnalı əldə etmək istəyənlər [email protected] ünvanına yaza və ya (050/070) 344 0701 nömrəsinə zəng edib sifariş verə bilərlər.