16/11/2017 12:09

“Azerspace-2″ peyki gələn il orbitə buraxılacaq

Azərbaycanın “Azerspace-2″ peyki 2018-ci ildə orbitə buraxılacaq.

“AzeriDefence”nin məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin akademik Kərim Kərimovun 100 illik yubileyinə həsr olunmuş iclasında “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib.

R.Nəbiyev qeyd edib ki, Azərbaycanın ilk peyki olan “Azərspace-1” fəaliyyətdə olduğu dövr ərzində 80 milyon dollar məbləğində gəlir əldə edilib.