18/01/2013 12:39

“Azerspace” fevralın 7-də orbitə çıxarılacaq

Azərbaycanın ilk milli süni rabitə peyki olan “Azerspace”nin Fransız Qvianasında Kur kosmodromundan orbitə buraxılması üçün son tamamlama işləri aparılır. Bu barədə “AzeriDefence” Fransanın “Arianspace” şirkətinin rəsmi saytına istinadən məlumat verib.

Peyk “Ariane-5” kosmik daşıyıcısı ilə orbitə çıxarılacaq və bu fevralın 7-də baş tutacaq.

“Azerspace”nin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir edir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malik olacaq və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcə olacaq.

Qeyd edək ki, 2015-ci ildə aşağı orbitə zondlama peykinin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılıb.