29/01/2014 10:24

Azərbaycan 11 ədəd SharpEye™ RLS-i alır

Azərbaycan Kelvin Hughes şirkətinnə Xəzər dənizinin Azərbaycan hissəsində qurulmaq üçün 11 ədəd SharpEye™ radarı sifariş verib.“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Kelvin Hughes şirkəəti məlumat yayıb.

Sistem sahil və sahilboyu komponentlərdən ibarətdir. Bura X diapozonlu SBS- 800-2 RLS-i, 10 ədəd SBS-800-1 antenası (3.7 metr) daxildir.

Radarlar Xəzər dənizindəki hasilat platformalarında və sahil ərazilərdə qurulacaq. Kelvin Hughes tərəfindən hazırlanan fiber optik xətlə mərkəzə bağlanan SharpEye™ radarları təkmilləşmiş ekrana, sürətli və daha çox məlumat ötürmə imkanına malikdir.

Radarların çatdırılması, quraşdırılması və testləri 2014-cü ilin avqustunadək tamamlanacaq.