23/05/2012 10:43

Azərbaycan BTR-lərinə ASELSAN radiostansiyaları

Türkiyənin ASELSAN şirkəti Azərbaycan Silahlı Qüvvələrinin BTR tipli zirehli nəqliyyat vasitələrinin bir qismini radiostansiyalarla təchiz etməyə başlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA agentliyi ASELSAN şirkətinə istinadən məlumat yayıb.

Silahlı Qüvvələrin tərkibinə daxil olan strukturlardan birinin inventarındakı BTR-lərin modernləşdirilməsi layihəsi çərçivəsində zirehli nəqliyyat vasitələrinə ASELSAN istehsalı olan proqramlaşdırılmış nəqliyyat radiostansiyaları qurulur.

Layihə çərçivəsində nə qədər BTR tipli nəqliyyat vasitəsinin modernləşdiriləcəyi açıqlanmayıb. Hazırda ASELSAN və yerli müəssisə tərəfindən modernləşdirilmiş texnikaların bir hissəsi istifadə olunur.