21/12/2013 13:37

Azərbaycan Dövlət Sərhəd Xidmətinə yeni rəis müavini təyin olunub

Dövlət Sərhəd Xidmətində (DSX) yeni təyinatlar olub. “AzeriDefence”nin APA informasiya agentliyinə istinadən verdiyi məlumata görə, general-mayor Azad Ələkbərov DSX rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib.

A. Ələkbərovun yerinə – DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi postuna isə Göytəpə Sərhəd Dəstəsinin komandiri, polkovnik Zəki Cəlilov təyin olunub.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyev noyabr ayının 22-də vəfat edib.