27/02/2015 20:10

Azərbaycan DSX rəisi Misirdə səfərdə olub

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasının Silahlı Qüvvələrinin Baş komandanı, Müdafiə və Hərbi Sənaye naziri general-polkovnik Sidqi Sübhinin dəvəti ilə cari ilin 17-20 fevral tarixlərində Misirdə səfərdə olub.Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumt verilib.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Misir Silahlı Qüvvələrinin Baş komandanı, müdafiə və hərbi sənaye naziri, general-polkovnik Sidqi Sübhi, daxili İşlər naziri Məhəmməd İbrahim, hərbi sənaye üzrə dövlət naziri İbrahim Yunis, Sərhəd Mühafizəsi Qüvvələrinin komandanı general-mayor Əhməd İbrahim ilə görüşlər keçirib.

Müzakirələrdə ölkələr arasında münasibətlərin uğurla inkişaf etməsi vurğulanıb, təhlükəsizlik sahəsində Azərbaycan ilə Misirin müvafiq qurumları arasında əlaqələrin perspektivləri və inkişafı, o cümlədən hərbi-texniki istiqamətdə əməkdaşlığın yaradılması və genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Səfər müddətində Dövlət Sərhəd Xidmətinin nümayəndələri Misirin təhlükəsizlik və sərhəd mühafizəsi sistemi, aidiyyəti strukturların fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilib.