05/09/2013 14:03

Azərbaycan gəmilləri Həştərxanda – FOTO

Bu gün Rusiyanın Həştərxan limanında Azərbaycan hərbi gəmilərinin qarşılanma mərasimi olub. “AzeriDefence”nin məlumatına görə, dostluq səfəri çərçivəsində Azərbaycan HDQ-nin komandanı, vitse-admiral Şahin Sultanovun başçılığı altında 3 hərbi gəmi Həştərxana gedib.

“Səfərlər bütün dünyada – bu nəzərdə tutulmuş təcrübədir və silahlı qüvvələri birləşdirir. Xüsusən də dövlətlərin hərbi dəniz qüvvələrlərini. Səfərimiz maraqlı keçidi”, – Şahin Sultanov bildirib.

Xəzər Flotiliyasının komandanı Serqey Alyekminski bildirib ki, bu Azərbaycan gəmilərinin Həştərxana birinci səfəri deyil. Görüşdə bir çox məsələlər müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Xəzər Flotiliyasının qərargahında olub, Həştərxan qubernatoru ilə görüşüb. Hərbi-Dəniz Qüvvələri və Xəzər flotiliyasının orkestrlərinin birgə konserti ilə səfər yekunlaşıb.