24/09/2014 08:59

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə təlimi başlayıb

Gürcüstan Silahlı Qüvvələrinin “Krsanisi” təlim mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə “Eternity-2014” (“Sonsuzluq-2014”) kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Bu barədə APA Gürcüstan Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Təlimə hərbi qurumlarla yanaşı Gürcüstandan Daxili İşlər Nazirliyinin Strateji Kəmərlərin Mühafizəsi Departamentinin nümayəndələri də qatılıblar.

Təlimdə məqsəd boru kəmərlərinin mühafizəsi sahəsində hər üç ölkənin müvafiq qurumları arasında strateji əməkdaşlığı inkişaf etdirməkdir. Təlimin ssenarisinə sülhməramlı əməliyyatlar və böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səmərəli müdafiəsinin qurulması daxildir.

Təlim sentyabrın 26-da yekunlaşacaq.