25/04/2015 18:11

Azərbaycan hərbçiləri 9 may paradına hazırlıq üçün Moskvaya yola salınıb

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri may ayının 9-da Moskvada Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş təntənəli paradda iştirak edəcəklər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Parade hazırlıq və iştirak məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularından ibarət bölmə aprelin 25-də Moskva şəhərinə yola salınıb.