21/06/2014 10:44

Azərbaycan hərbçiləri iki erməni əsgərini məhv etdi

Son bir sutka ərzində cəbhə xəttində Azərbaycan əsgərləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi zərərsizləşdirilib.
“AzeriDefence”nin ermənilərə məxsus xəbər saytlarına istinadən verdiyi məlumata görə, iyunun 19-da Qarabağ cəbhəsində, Xocavənd rayonu istiqamətində Ermənistan Ordusunda müqavilə əsasında xidmət edən çavuş Narek Poqosyan Azərbaycan əsgərləri tərəfindən öldürülüb.

Ermənistan Ordusu daha bir hərbçisini isə iyunun 20-də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə itirib. Cəbhə xəttinin qeyd olunan sahəsində baş verən atıçmada öldürülmüş erməni əsgərinin adı Qrişa Xaçatryandır.

Qeyd edək ki, iyulun 5-də Naxçıvan Muxtar Respublikası istiqamətində Ermənistan Ordusunun iki hərbçisi öldürülmüşdü.