24/11/2013 09:59

Azərbaycan hərbçiləri MİLİPOL sərgisində iştirak ediblər

Fransanın paytaxtı Paris şəhərində keçirilən MILIPOL-2013 beynəlxalq təhlükəsizlik sərgisi başa çatıb. “AzeriDefence”nin məlumatına görə, sərgidə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ziyarətçi qismində iştirak ediblər.

Sərgidə müxtəlif ölkələrdən olan 914 firma hərbi və təhlükəsizlik strukturları üçün həllərini, silah və hərbi texnikaları nümayiş etdirib.