28/08/2014 17:37

Azərbaycan hərbçiləri Rusiyada “Xəzər-2014” təlimin izləyəcəklər

Avqustun 28 və 29-da Həştərxanda “Xəzər-2014” dəniz xilasetmə təlimi keçiriləcək. Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Rusiya və Qazaxıstan donanmalarından xilasedicilərin qatıldığı təlimi Azərbaycan, Türkmənistan və İrandan nümayndələr izləyəcəklər.