20/10/2014 15:51

Azərbaycan hərbçiləri Türkiyədə “Regional Manevr – 2014” təliminə qatılacaq

Oktyabrın 20-dən 24-dək Türkiyənin ev sahibliyi ilə İstanbulda “Regional Manevr – 2014” təlimi keçiriləcək. Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.
Təlimə Azərbaycan, Makedoniya, Bosniya və Hersoqovina, Serbiya, Qazaxıstan, Montoneqro, Moldova, İordaniya, Ukrayna, Mavritaniya, Əlcəzair və Pakistandan hərbçilər qatılacaqlar.

Təlimin məqsədi, NATO tərəfdaş ölkələrinin qarşılıqlı fəaliyyət standartlarına uyarlığını təmin etmək, təhsil, təlim və birlikdə fəaliyyət qabiliyyətlərini inkişaf etdirməkdir.

Manevrə ev sahibi ölkə olaraq Türkiyədən 84, on iki tərəfdaş ölkədən 48 və əlaqədar NATO Qərargahlarından 11 olmaq üzrə cəmi 143 nəfər qatılacaq. Manevrə NATO-nun Neapoldakı Ortaq Qüvvələr Komandanlığı (Joint Force Command – JFC / Naples), İzmir Quru Komandanlığı (Landcom / İzmir) və 3-cü Diviziya Komandanlığı (NATO Rapid Deployable Corps – Turkey / NRDC) dəstək verir.