17/04/2013 01:26

Azərbaycan İDEF-2013 sərgisinə 130 adda məhsul çıxaracaq

Müdafiə Sənayesi Nazirliyi (MSN) mayında Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 sərgisində Azərbaycanda istehsal edilmiş 130 adda müdafiə təyinatlı məmulatı nümayiş etdirəcək.“AzeriDefence”nin xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ilin birinci rübünün yekunlarına dair müşavirəsində müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Sərgidə ilk dəfə olaraq 7.62×54 mm çaplı pulemyot, 7.62×51 mm çaplı “Yalquzaq” snayper tüfəngi, 7.62×51 mm çaplı HP-7.62 hücum pulemyotu, “Gürzə” patrul maşını, “Aerostar” və “Orbiter” tipli pilotsuz uçuş aparatları və s. məmulatlar nümayiş etdiriləcək.