28/02/2012 06:22

Azərbaycan-İsrail hərbi müqaviləsinin detalları bəlli olub – EKSKLÜZİV

Satış texniki xidmət, texnologiya transferi və…
İsrail və Azərbaycan arasında 1,6 mlrd. ABŞ dolları dəyərində hərbi müqavilə imzalanıb. Bu barədə “AzeriDefence” xarici xəbər agentliklərinə istinadən məlumat verib.

Müqavilə çərçivəsində İsrail Azərbaycana pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raket əleyhinə müdafiə sistemləri satacaq.

İsrail Müdafiə Nazirliyi faktı təsdiqləsə də müqavilə bağlı detallı məlumat verilməyib.

“AzeriDefence”nin Azərbaycan hərbi qurumlarından əldə etdiyi məlumata görə, müqavilə tək silah sistemlərinin satışını özündə əks etdirmir. Bura satılan silah və hərbi texnikalara texniki dəstəyin göstərilməsi, eləcə də bəzi sistemlərin Azərbaycanda istehsalı ilə bağlı texnologiyaların transferi daxildir.

Müqavilə çərçivəsində Azərbaycan regionda ilk “Heron” tipli pilotsuz aparatlara və silahlandırılmış pilotsuz təyyarələrə də sahib olacaq.

Azərbaycan Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən yüksək rütbəli zabitinin sözlərinə görə, müqavilə çərçivəsində çatdırılmalara artıq başlanıb. Yeni silah və texnologiyalar bu ilin ortalarında Azərbaycan ictimaiyyətinə nümayiş olunacaq.