25/03/2014 16:55

Azərbaycan İsraildən iki yeni radar alır

Azərbaycan İsraildən iki yeni radar sistemi alır. “AzeriDefence”nin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfi bu günlərdə İsrael Aerospace Industries (IAI) şirkətinə mülki və hərbi məqsədlər üçün istifadə oluna bilən iki radar sifariş verib.Sifarişə ELM-2288 AD-STAR və ELM-2106NG radarı daxildir.

Orta mənzilli ELM-2288 AD-STAR hava müdafiə və uçuşa nəzarət radarı 480 km-dən çox məsafədə hədəfləri yüksək dəqiqliklə aşkarlayaraq 3D formatda göstərir. ELM-2106NG Taktik Hava Müdafiə radarı isə 80 km uzaqlıqda aşağı yüksəklikdə uçan yüksək sürətli döyüş təyyarələrini, helikopterləri və pilotsuz uçuş aparatlarını aşkar etmək üçün nəzərdə tutulur.

Hər iki radar IAI şirkətinə daxil olan “Elta Systems” firması tərəfindən istehsal olunur.