10/03/2015 19:52

Azərbaycan müdafiə nazirinin Xorvatiya və Sloveniyaya rəsmi səfəri başlayıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya və Sloveniyaya rəsmi səfərə gedib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin dəvətilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniyanın müdafiə naziri Yanko Veberin dəvətilə martın 12-dən 14-dək Sloveniyada olacaq.

Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.