28/08/2015 16:33

Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfinin 2 hərbi qulluqçusu ölüb, bir neçəsi yaralanıb

Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumatlar tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır.Bu barədə “AzeriDefence”nin sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar hər tərəfdə gözlərinə “diversantlar” görsənir. Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçusu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib”,- deyə Nazirlik bəyan edib.

Qeyd edək ki, bu gün Ermənistan KİV-ləri bu ölkənin Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun 20-25 nəfərlik diversiya qrupunun erməni mövqelərinə sızma cəhdini önlədiyinə dair informasiya yayıb. Məlumatda guya Azərbaycan Ordusunun itkilər verdiyi qeyd olunub.