01/06/2012 10:29

Azərbaycan Müdafiə Nazirliyinin heyəti “Hemus-2012” sərgisinə qatılıb

Azərbaycan nümayəndə heyəti Bolqarıstanda keçirilən “Hemus-2012” sərgisinə və konfransına qatılıb. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq sərginin təşkilat komitəsindhən məlumat verilib.

Sərgini ziyarətçi qismində Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyəti izləyib. Azərbaycan hərbçiləri sərgidə nümayiş olunan Bolqarıstan və digər ölkələrdə istehsal edilmiş silah, hərbi texnika və digər məhsullarla tanış olublar.

Qeyd edək ki sərgi mayın 30-da açılıb və iyunun 2-də başa çatacaq.