29/04/2014 05:04

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyaya səfər edib

Braziliya Müdafiə Nazirliyinin rəsmi dəvəti ilə 28-29 aprel tarixlərində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyaya işgüzar səfərə gedib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əlaqələrin yaradılması, hərbi əməkdaşlığın istiqamətləri və perspektivlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.