18/05/2012 09:06

Azərbaycan mühəndislərindən yeni döyüş modulu – FOTO

Hərbi sənayedə yenilik

Azərbaycanın hərbi mühəndisləri tərəfindən piyadaların döyüş maşınları üçün yeni döyüş modulu hazırlanıb. “AzeriDefence”nin eksklüziv məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış yeni döyüş modulu hazırda test mərhələsindədir.

Döyüş modulu BMP tipli sovet/Rusiya/Ukrayna istehsalı olan döyüş maşınları üçün nəzərdə tutulub. Bura qüllə, silahlar və idarəetmə sistemi daxildir.

Azərbaycan mühəndisləri tərəfindən yaradılmış döyüş modulu analoqlarından silah növlərinin daha çox olması ilə fərqlənir. Bura top, 7.62 mm-lik pulemyot və avtomatik qumbaraatan olmaqla 3 fərqli silah daxildir. Modulun digər özəlliyi isə əsas topun ehtiyac üzrə fərqli kalibrli topla dəyişdirilməsi və daha geniş bucaq altında atəş aça bilməsidir.

Ümumiyyətlə yeni qüllə döyüş maşınına atəş sıxlığını artırmaqla yanaşı, fərqli tapşırıqları yetirə yetirə bilmə imkanları verəcək.