25/09/2013 11:25

Azərbaycan mütəxəssisləri tərəfindən yeni PUA hazırlanır

Azərbaycan aviakonstruktorları tərəfindən yeni pilotsuz uçuş aparatı hazırlanır. “AzeriDefence”nin məlumatına görə, yerli mütəxəssislər tərəfindən yaradılmış yeni pilotsuz aparatın dizaynı və maketi hazırdır. Proqram təminatı tam milli olacaq PUA gələn il Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sərgisində təqdim olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycan İsraillə birgə “Orbiter-2M” və “Aerostar” tipli PUA-lar istehsal edir.