04/06/2013 06:25

Azərbaycan NTW-20 snayper tüfəngi alır

NTW-20 - CAR

EKSKLÜZİVCAR-ın Denel şirkəti Azərbaycanla iri çaplı antimaterial snayper tüfənglərin istehsalı layihəsində iştiraka maraqlıdır. Bu barədə “AzeriDefence.com” saytına Denel şirkətindən məlumat verilib.

Azərbaycanın hərbi qurumlarından bu firmanın istehsalı olan NTW-20 snayper tüfənginə böyük maraq ifadə olunub və sifariş verilib.

Bununla yanaşı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Azərbaycanda həyata keçirilən 23 mm çaplı snayper tüfəngi layihəsi çərçivəsində silahın yaradılması və istehsalı ilə bağlı birgə fəaliyyətə dair ilkin razılıq əldə olunub.

Qeyd edək ki, snayper tüfənginin 20×82 mm (NTW 20) və 20×110 mm Hispano (NTW 20×110) patronlarından atəş açan modelləri mövcuddur. Tüfənglərin effektiv atış məsafəsi müvafiq olaraq 1500 m (20×82 mm) və 1800 m (20×110 mm) təşkil edir.